Məzmuna keç

Doğum evində körpə ölümü ilə bağlı araşdırma aparılır

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum evi) körpə ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, fakt üzrə aparılan araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Xatırladaq ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum Evi) körpənin öldüyü və meyitin həkimlər tərəfindən doğum evindən qaçırılması ilə bağlı iddialar yayılmışdı.