Məzmuna keç

Prokurorluq Qubadlıda mina partlaması ilə bağlı məlumat yaydı

Qubadlı Rayon Prokurorluğunda mina partlaması ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə e-huquq.az-a rayon prokurorluğundan məlumat verilib

Bildirilib ki, avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.