Məzmuna keç

“Azəralüminium” cərimə edilə bilər

“Azəralüminium” MMC haqqında inzibati protoko ltərtib edilib.

E-huquq.az xəbər verir ki, şirkət haqqında aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Gəncə Şəhər Məhkəməsində hakim Zaur Hüseynovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə, şirkət min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Rəşid Qarayev