Prokurorluq orqanlarında yeni təyinat olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Tural Haqverdiyev vəzifəsindən azad edilərək Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini təyin olunub.
