Məzmuna keç

Əvəz Zeynallıya qarşı irəli sürülən ittiham məlum oldu

“Xural TV”nin baş redaktoru Əvəz Zeynallı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

E-huquq.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

O bildirib ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb. Bu maddə ilə onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

Vəkilinin sözlərinə görə, Əvəz Zeynallı özünü təqsirli bilmir.