Məzmuna keç

Ermənistanın artilleriya qurğularının və postlarının məhv edilməsi görüntüləri yayıldı

Ermənistan Silahlı Qüvvələrinin artilleriya qurğularının və döyüş mövqelərinin məhv edilməsi görüntüləri yayılıb.

E-huquq.az xəbər verir ki, görüntülərdə Ermənistan Silahlı Qüvvələrinin artilleriya qurğularının məhv edilməsi əks olunub.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.