“Ermənistan-Azərbaycan sərhədində gərginlik qalmaqdadır və bununla əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının oraya göndərilməsi qərara alınıb”.
E-huquq.az xəbər verir ki, bsözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Dünən KTMT missiyasının sərhədə getməsi qərara alınıb. Onlar hesabat təqdim edəcəklər”, – deyə Peskov bildirib.
O qeyd edib ki, qərar axşam gec saatlarda verilib və missiyanın formalaşdırılması və onun sərhədə göndərilməsi bir qədər vaxt aparacaq.
Mənbə: Gazeta.ru
