Məzmuna keç

“Azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir”

Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm, yaralılara şəfa arzulayıram. Qardaşım Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına başsağlığı verirəm.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, Ermənistanın təxribatları qəbuledilməzdir.

“Hər zaman olduğu kimi, azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir”, – Ərdoğan vurğulayıb.