Məzmuna keç

Sumqayıtda direktorun müəllimlərdən pul tələb etməsi barədə səs yazısı araşdırılır

Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi barədə yayılmış səs yazısı ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Bu barədə e-huquq.az-a Baş Prokurorluqdan bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi barədə səs yazısı yayılıb.