Məzmuna keç

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqladı

“Son sutkada Ukraynada Rusiya ordusunun 160 hərbçisi məhv edilib”.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 54 810-a çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 216 tank, 4 724 zirehli döyüş maşını, 1 323 artilleriya sistemi, 318 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 252 təyyarə, 217 helikopter, 925 PUA, 239 qanadlı raket, 15 gəmi, 3 587 avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir.