Məzmuna keç

Zaqatalada “Açıq mikrofon” aksiyası keçirildi –

"Zaqatalada keçirilən "Açıq mikrofon" aksiyasında qarşılaşdığınız problemləri və müraciətlərinizi dinləməyə hazırıq. Sizi maraqlandıran suallarınızı və təkliflərinizi “Açıq mikrofon”da səsləndirə bilərsiniz".

"Azəriqaz" İstehsalat Birliyindən e-huquq.az-a verilən məlumata görə, bunu Zaqatala Regional qaz istismarı İdarəsinin rəisi Sübhi Bayramov abonentlər qarşısında çıxışı zamanı bildirib.

Aksiyada ümumilikdə 15 müraciət qeydə alınlb. Bunlardan 13-ü rayonun Muğanlı, Üçüncü Tala, Dağlı, Çobankol, Qımır, Gözbarax, Suvagil, Faldarlı, Uzunqazmalar, Mamrux kəndləri və Şimal-qərb massivinin qazlaşdırılması ilə bağlı olub.

Qalan 2 müraciətdən biri Yuxarı Tala sakini Yusif Şabanov tərəfindən ünvanlanıb ki, bu da fərdi yaşayış evinə sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsindən ibarət olub. Hər bir müraciət Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb.

Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıq verilib.