Kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin həyata keçirilməsi yolu ilə formalaşan nəqliyyat qovşağı Çinlə Cənubi Avropa arasında ən qısa quru marşrutu təmin edəcək.
E-huquq.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun “Ərzaq, yanacaq və maliyyə böhranlarının aradan qaldırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağın yolları” mövzusunda 46-cı illik nazirlər iclasında deyib.
Nazir vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra regionda yeni reallıqlar yaranıb.
