Rusiyada jurnalist və bloger kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Fuad Abbasov mayın 16-da saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə ONA-ya F. Abbasovun vəkili Elman Paşayev məlumat verib.
Vəkil bildirib ki, Moskva şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaq üçün olan icazəsini ləğv edib: "Fuadın Rusiyada yaşamaq barədə icazəsinin ləğv edilməsindən xəbəri olmayıb. Mayın 16-da o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb".
Vəkil Fuad Abbasovun hal hazırda Moskva vilayətinin Korolyova şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində olduğunu söyləyib: "Fuad izolyatorda deyil, miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır. Özü ilə danışmışam. Vəziyyəti yaxşıdır. Onun tez bir zamanda oradan çıxarılması və Azərbaycana göndərilməsi ilə məşğuluq".
