Məzmuna keç

Hikmət Hacıyev ABŞ rəsmisi ilə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibi Entoni Blinkenin köməkçisi Karen Donfriedlə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib.

E-huquq.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

Görüşdə həmçinin ikitərəfli strateji əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.