Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
E-huquq.az xəbər verir ku, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
"Oktyabrın 4-də Amerika tərəfinin təşəbbüsü ilə Ermənistanın xarici işlər naziri, ABŞ dövlət katibi və Azərbaycanın xarici işlər naziri arasında telefon danışığı olub.
Telefon danışığı zamanı oktyabrın 2-də Cenevrədə keçirilən görüşlə bağlı fikir mübadiləsi aparılıb".
Telefon danışığı zamanı tərəflər Ermənistan-Azərbaycan sülh müqaviləsi üzərində iş barədə də danışıblar.
Tərəflər Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin bərqərar edilməsinə yönəlmiş müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
