Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 61 000 hərbçisini məhv edib.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, son sutkada işğalçıların 200 hərbçisi zərərsizləşdirilib.
Məlumata görə, Rusiyanın digər döyüş itkiləri 2 435 tank, 5 038 zirehli maşın, 1 414 artilleriya sistemi, 341 reaktiv yaylım atəşi sistemi, 177 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 232 helikopter, 1 032 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 841 avtomobil və avtoçən, 132 xüsusi texnikadan ibarətdir.
