"SOCAR “Azəriqaz” İstehsalat Birliyi bu ilin 9 ayında 210 min qaz sayğacı əvəz edib"
E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz"ın şöbə rəisi Rövşən Mehiyəddinov "Açıq qapı" aksiyasında deyib.
“Bu gün 2,4 miyona yaxın abonent qaz sayğları ilə təmin edilib. 2022-ci ilin əvəllinə 650 minə qədər dövri yoxlama müddəti bitmiş qaz sayğacı mövcud idi. Cari ilin 9 ay ərzində 210 min qaz sayğacının əvəz olunması təmin olunub. Qaz sayğaclarının dövri yoxlama müddəti 5 il müəyyən olunduğu üçün bu rəqəmlər hər gün yenilənir. Yəni burada sıfrlamadan söhbət gedə bilməz. Bu, mütəmadi davam edən prosesdir”, – deyə o qeyd edib.
