Məzmuna keç

Çavuşoğlu: “Fransadakı erməni diasporu Azərbaycanla münasibətlərinin normallaşmasının əleyhinədir”

Fransadakı erməni diasporu Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması prosesinə qarşıdır.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Strasburqda Türkiyə vətəndaşları ilə görüşündə deyib.

O qeyd edib ki, bu diasporun üzvləri yaxşı münasibətlərin qurulmasına qarşıdırlar və düşmənçiliyi dəstəkləyirlər. Nazir Fransada yaşayan türkləri bununla mübarizə aparmağa çağırıb.

Çavuşoğlu qeyd edib ki, Türkiyə-Amerika Koordinasiya Komitəsi də erməni diasporunun Türkiyə və türk xalqına qarşı böhtanlarına qarşı uğurla mübarizə aparıb.