Kiyevin mərkəzinə raket hücumu nəticəsində 8 nəfər ölüb, 24 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna daxil işlər nazirinin məsləhətçisi Rostislav Smirnov açıqlama verib.
***
Kiyev şəhərinin mərkəzində partlayış olub.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, səhər saatlarından Hava Hücumundan Müdafiə siqnalı verilib və partlayış səsləri eşidilib.
Şəhər meri Vitali Kliçko hadisəni təsdiqləyib. Partlayışlar Şevçenko rayonunda qeydə alınıb.
