Məzmuna keç

Baş prokurorluq: “Ermənistan tərəfindən döyüşən xarici vətəndaşların bir qismi axtarışa verilib”

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən döyüşən muzdlu şəxslər içərsində Rusiya, Gürcüstan, İran vətəndaşları var.

E-huquq.az-ın məlumatına görə, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.

O qeyd edib ki, onların müəyyən bir qismi axtarışa verilib.

“Hər bir halda onlar Azərbaycan qanunları ilə cinayətə cəlb ediləcəklər”, -deyə o əlavə edib.