Məzmuna keç

Millət vəkili: “Erməni lobbisi münasibətlərin normallaşmasına xələl gətirməyə çalışır”

"Təəssüf ki, son zamanlar Azərbaycan səfirliklərinə, dipomatik nümayəndələrimizə qarşı erməni terrorçuları tərəfindən hücumlar təşkil olunur. Bundan əvvəl Fransada biz bunu gördük. Bu, əlbəttə ki, ciddi narahatlıq doğuan məsələdir və biz yaxşı bilirik ki, Ermənistan siyasətinin mərkəzində hər zaman terrorçuluq dayanıb. Aydındır ki, Ermənistan döyüş meydanında, siyasi-diplomatik müstəvidə, informasiya müstəvisində məğlub və acınacaqlı vəziyyətə düşdüyü üçün erməni lobbisinin nəzarətində olan terror təşkilatları tərəfindən bizim diplomatik nümayəndələrimizə qarşı terror hadisələri törədirlər".

Bunu e-huquq.az-a açıqlamasında millət vəkili Cavid Osmanov Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobilinin atəşə tutulmasına münasibət bildirərkən deyib.

O bildirib ki, bu hadisənin araşdırılmasına çox ciddi ehtiyac var: "Kim tərəfindən həyata keçirildiyi hələlik açıqlanmasa da, şübhəsiz ki, bu hadisənin arxasında erməni terrorçuları dayanıb. Məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxladığı müddətdə ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini öz gücümüzlə icra etdik. Bu gün də Azərbaycana qarşı törədilən terror aktlarına, təxribatlara qarşı beynəlxalq aləmdən, xüsusən də bəzi qərb dairələrindən hələ də istədiyimiz reaksiyanı görməmişik. Brinci Qarabağ müharibəsindən sonra bu günə qədər taleyi bilinməyən 4000-ə yaxın vətəndaşlarımız haqqında Ermənistan tərəfindən hər hansı məlumat yoxdur və bununla bağlı Ermənistana hər hansı ciddi təzyiq göstərilmir. 30 il müddətində baxmayaraq ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi, digər beynəlxalq təşkilatların qərarları var idi, Ermənistan bunların heç birinə məhəl qoymurdu. Ermənsitanın 2020-ci ilin 12 iyul tarixində Tovuz istiqamətində başladığı təxribatlar zamanı da bizim səfirliklərimizə qarşı erməni lobbisinin nəzarətində olan terror təşkilatları tərəfindən hücumlar təşkil olunurdu. Bunu biz 44 günlük Vətən müharibəsi boyunca da gördük. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bu gün cənab Prezident İlham Əliyev siyasi-diplomatik müstəvidə bu qələbəni daha da möhkəmləndirir. Artıq Ermənistan sülh müqaviləsi bağlamağa məcbur edilir. Belə olan halda Ermənistanda yaşayan sadə xalqın gələcəyini düşünməyən erməni lobbisi terror hadisələri törətməklə çalışır ki, münasibətlərin normallaşmasına xələl gətirsin. Ancaq biz bütün erməni cinayətlərinin, terrorlarının qarşısını alacağıq".

Deputat qeyd edib ki, Azərbaycan düyada ikili standartlara məruz qalan ölkədir: "Bildiyiniz kimi, bir müddət öncə Ermənistan tərəfindən yayılmış saxta videoya görə bəzi Qərb dairələri Azərbaycana qarşı əsassız ittihamlar səsləndirdilər. 12-13 sentyabr 2022-ci il tarixində Ermənistanın genişmiqyaslı təxribatının qarşısı Azərbaycan Ordusu tərəfindən alındı, erməni silahlıları zərərsizləşdirildi. Bundan sonra da erməni lobbisinin təsirində olan Qərb dairələri Azərbaycanı ittiham etdilər. Əlbəttə, bu ədalətsizlikdir və əminəm ki, Azərbaycan bu ədalətsizliyin qarşısnda olacaq. Bir daha qeyd edirəm ki, bütün erməni təxribatları, terrorlarının qarşısı dövlətimiz tərəfindən qətiyyətlə alınacaq".

Rəşid Qarayev