Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
E-huquq.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.
O, yaralıların xəstəxanaya yerləşdirildiyini söyləyib.
V.Kliçko həmçinin Kiyevə 28 PUA ilə hücum edildiyini, onlardan yalnız 5-nin şəhərdəki müxtəlif infrastrukturları vurduğunu, qalanlarının isə zərərsizləşdirildiyini açıqlayıb.
Qeyd edək ki, bu gecə Rusiya Ordusu İran istehsallı PUA-larla Kiyevə hücum edib.
***
Ukraynanın paytaxtı Kiyev şəhəri kamikadze dronları ilə hücuma məruz qalıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak özünün "Telegram" kanalında bildirib.
“Bizə mümkün qədər tez, daha çox hava hücumundan müdafiə sistemləri lazımdır. Bizim yavaş hərəkət etməyə vaxtımız yoxdur. Səmanı qorumaq üçün daha çox silah lazımdır”, – A.Yermak yazıb.
Kiyevin meri Vitali Kliçko şəhərin Şevçenko rayonunda partlayışların baş verdiyini açıqlayıb.
