Türkiyənin “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına cərimə protokulu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərti edilib.
İşə Gəncə Şəhər Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq. Protokol təsdiq edilərsə şirkət min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
Qeyd edək ki, “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirketi” Türkiyənin aparıcı tikinti şirkətlərindən biridir və dünyanın ən böyük 250 tikinti şirkəti arasında yer alır.
Rəşid Qarayev
