Məzmuna keç

Binəli Yıldırım Zəngilandan paylaşım etdi –

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ak Parti sədrinin müavini Binəli Yıldırım Zəngilandan paylaşım edib.

E-huquq.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“Can Azərbaycanın işğaldan azad edilən ərazilərində Zəngilan Beynəlxalq Hava Limanı, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak etdik”, – B.Yıldırıb bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir. Onu müşayət edənlər arasında B.Yıldırım da var.