Məzmuna keç

Sədr: “Elə bir sistem yaradılsın ki, hakim iclası təyin edərkən vəkilin həmin vaxt başqa prosesinin olub-olmadığını öyrənə bilsin”

"Mən təklif edirəm elə bir sistem yaradılsın ki, hakim prosesi təyin edərkən vəkilin həmin vaxt başqa prosesinin olub-olmadığını öyrənə bilsin".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bir vəkilin eyni vaxtda bir neçə məhkəmə prosesinə çağırılması çətinlik yaradır. Sədr məsələ ilə bağlı Ədliyyə Nazirliyinin rəsmi şəxslərinə müraciət etdiyini bildirib.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova isə məsələnin diqqətdə saxlanıldığını deyib: "Bu məsələ cənab nazir Fikrət Məmmədova məruzə edilib. Nazir bu məsələnin həll olunmasına həssaslıqla yanaşıb və yaxın vaxtlarda icra olunması ilə bağlı tapşırıq verib".

Xəyalə Bünyatova