"Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik".
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Gürcüstanın bir-birini daim dəstəklədiyini qeyd edərək deyib ki, eyni zamanda, ikitərəfli formatda həyata keçirilən bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütün Avropa üçün xüsusi əhəmiyyət daşıyır.
