SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüşü təşkil olunacaq.
Bu barədə e-huquq.az-a “Azəriqaz”dan məlumat verilib.
Bildirilib ki, aksiya Heydər Əliyev Mərkəzində (Şirəli Axundov küçəsi) baş tutacaq.
“Səyyar qəbul otağı” oktyabrın 27-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
