Məzmuna keç

“Avropada mülki ədalət mühakiməsi günü” münasibətilə Bakıda ödənişsiz hüquqi yardım aksiyası keçirildi –

“Avropada mülki ədalət mühakiməsi günü” münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakının Qaradağ rayonunda "Qobu Park-2" yaşayış kompleksində məcburi köçkünlərə pulsuz hüquqi yardım aksiyası keçirilib.

E-huquq.az xəbər verir ki, tədbir çərçivəsində "Mirzəyev və Partnyorları" Vəkil Bürosu və 33 saylı Vəkil Bürosunun vəkilləri 40-a yaxın məcburi köçkün ailəsinə pulsuz hüquqi yardım göstəriblər. Onlara şifahi və yazılı hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib edilib. Müraciətlərin əksəriyyəti mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, aliment tələbi, əmlak mübahisəsi və digər məsələlərlə bağlı olub.

Xatırladaq ki, 05 iyun 2003-cü ildə Avropa Şurasının və Avropa Komissiyasının birgə təşəbbüsü ilə hər il 25 oktyabr tarixinin “Avropada mülki ədalət mühakiməsi günü” kimi qeyd edilməsi qərara alınıb. Məqsəd Avropa Şurasına üzv olan dövlətlərin vətəndaşlarının mülki hüquqlarının həyata keçirilməsini təmin edən məhkəmə orqanlarının gündəlik fəaliyyəti haqqında məlumatlandırılması səviyyəsinin artırılasıdır. Bu gün müxtəlif ölkələrdə vətəndaşların məhkəmələrin fəaliyyəti ilə daha yaxından tanış olmasına şərait yaradılır, mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsinə həsr olunmuş müxtəlif tədbirlər təşkil edilir.