İranın Fars əyalərinin Şiraz şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb.
E-huquq.az xəbər verir ki, 27 nəfər yaralının olduğu bildirilir.
Ölənlərdən ikisi uşaqdır.
***
19:49
İranın Şiraz şəhərində məqbərəyə silahlı hücum nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.
Məlumatda silhalı şəxslərin üç nəfər olduğu da bildirilib.
***
İranın Şiraz şəhərində Şahçerağ məqbərəsi yaxınlığında silahlı şəxslər atəş açması nəticəsində 9 nəfər ölüb, 10 nəfər yaralanıb.
Bu barədə e-huquq.az IRNA-ya istinadən xəbər verir.
Məlumatda iki terrorçunun saxlanıldığı bildirilir.
