Vəkilliyə namizədliyini irəli sürmüş şəxslərlə yazılı test imtahanı keçiriləcək.
E-huquq.az xəbər verir ki, imtahan noyabr ayının 5-də baş tutacaq.
Saat 10:00-da başlayacaq imtahan Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə, 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq.
