Məzmuna keç

Rusiyanın Ukraynaya atdığı raket Moldovaya düşdü

Ukrayna Hərbi Hava Qüvvələrinin oktyabrın 31-də səhər saatlarında vurduğu Rusiya raketi Moldovanın şimalında yerləşən Naslavçea şəhərinə düşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Moldovanın Daxili İşlər Nazirliyi məlumat verib.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmasa da, ətrafdakı binaların pəncərələrinin şüşələri sınıb.

Qeyd olunub ki, bu gün səhər saatlarında Rusiya Naslavçea şəhərindən 10 km aralıda yerləşən Dnestrdək su anbarına PUA ilə hücum edib. Su anbarına ziyan dəyməsə də, ona bağlı elektrik xətləri zədələnib.