Vəkillər Kollegiyası gənc hüquqşünasların təcrübi biliklərinin artırılması və gələcəkdə mövcud imkanlar daxilində ixtisasları üzrə işlə təmin edilməsi məqsədi ilə Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində daimi olaraq fəaliyyət göstərəcək “Vəkil məktəbi” təşkil edir.
Bu barədə e-huquq.az-a Kollegiyadan məlumat verilib.
Bildirilib ki, məktəbdə gənc hüquqşünaslara sırf praktiki təlimlərdən ibarət olan vəkil köməkçisi üçün tələb olunan bilik və bacarıqlar tədris ediləcək.
"Məktəbi uğurla bitirən hüquqşünaslara sertifikatların verilməsi, bir qisminin vəkil köməkçisi vəzifəsi ilə təmin edilməsi, digər qisminin isə yeni yaradılacaq “Vəkil köməkçilərinə namizədlər” reyestrinə daxil edilməsi və gələcəkdə zərurət yarandıqda həmin reyestrə müraciət etməklə həmin hüquqşünasların işlə təmin edilməsi nəzərdə tutulub. Gənc hüquqşünaslar istənilən vaxt müraciət edərək bu layihədə iştirak edə bilərlər. Bu məktəbin ilk layihəsi cari ilin noyabr ayının sonlarında fəaliyyətə başlayacaqdır başlayacaq. Layihə ödənişlidir. Şəhid ailələri üzvlərinə ödənişsiz, aztəminatlı olan şəxslərə isə güzəştlər tətbiq ediləcək", – deyə məlumatda qeyd olunub.
"Vəkil Məktəbi"ndə iştirak etmək arzusunda olan hüquqşünaslar keçid vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/fHmBYZJcVB8hvSY98
Əlaqələndirici şəxs: Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin tədris işləri üzrə koordinatoru Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80)
