Məzmuna keç

Azərbaycan və Türkiyə Prezidentləri Avropaya qaz tədarükünü müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Avropaya qaz tədarükü ətrafında fikir mübadiləsi aparıb.

E-huquq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli ATV telekanalına müsahibəsində deyib.

“Bizim Azərbaycan qazı ilə bağlı Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz xətləri də var. Bu məsələ ilə bağlı Azərbaycana son səfərimdə Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdim. Biz oralardan da alacağıq. Bunu TANAP-la alıb gücləndirəcəyik. Bundan başqa, depolama təsisatlarımızı quracağıq”, – dövlət başçısı bildirib.