"Millətimiz əmin olmalıdır ki, İstiqlal küçəsində baş verən hadisədə təqsirli bilinənlər layiq olduqları cəzanı alacaqlar".
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Dövlətimizin müvafiq qurumları bu xəyanətkar hücumu törədənlərin və onun arxasında duran məclislərin üzə çıxarılması istiqamətində fəaliyyətini davam etdirir", – Ərdoğan qeyd edib.
O əmin edib ki, Türkiyəni və türk millətini terrorla ələ keçirmək cəhdləri dünən olduğu kimi bu gün də, sabah da hədəfinə çatmayacaq.
