Məzmuna keç

İstanbulda terror törədən qadının yeni görüntüləri yayıldı –

Noyabrın 13-də İstanbulun Taksim meydanında partlayış törətmiş qadının yeni görüntüləri yayımlanıb.

E-huquq.az xəbər verir ki, qadının partlayışdan əvvəl Taksim meydanına gəlməsi, partlayışın baş verdiyi yerə hərəkət etməsi və çantanı qoyub hadisə yerindən uzaqlaşması qeydə alınıb.

Xatırladaq ki, partlayış nəticəsində 6 nəfər həlak olmuş, 81 nəfər yaralanmışdı.

Partlayışla əlaqədar 48 nəfər saxlanıb.