Gömrük sistemində gənclərin potensialından daha səmərəli istifadə etmək, peşə vərdişlərini aşılamaq və təcrübi biliklərinin artırılması, könüllülük hərəkatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2-ci "Könüllü gömrükçü" dəstəsi fəaliyətə başlayıb.
E-huquq.az xəbər verir ki, Dövlət Gömrük Komitəsində təcrübədə iştirak etmək istəyən 42 nəfər oğlan, 76 nəfər xanım olmaqla ümumilikdə 118 nəfər könüllü Komitənin aparatının, eyni zamanda DGK-nın strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin struktur bölmələrində, habelə Komitənin digər qurumlarında fəaliyyət göstərəcəklər.
Könüllülərdən 4 nəfər Komitənin aparatının Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsində, 5 nəfər Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsində, 2 nəfər Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsində, 2 nəfər Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsində, 2 nəfər Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsində, 8 nəfər Əməliyyat-İstintaq Baş İdarəsində, 1 nəfər İnsan Resursları İdarəsində, 4 nəfər Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsində, 4 nəfər İnzibati İdarəetmənin Təşkili İdarəsində, 2 nəfər Beynəlxalq Əməkdaşlıq İdarəsində, 2 nəfər Hüquqi Təminat İdarəsində, 1 nəfər Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində, 36 nəfər Hava Nəqliyyatında Baş Gömrük İdarəsində, 16 nəfər Bakı Baş Gömrük İdarəsində, 1 nəfər Sumqayıt Baş Gömrük İdarəsində, 6 nəfər Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində, 4 nəfər Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində, 10 nəfər Tibb Xidməti İdarəsində, 1 nəfər Baş Gömrük Mühafizə Xidmətində, 5 nəfər Mərkəzi Gömrük Ekspertizası İdarəsində, 2 nəfər isə Növbətçi hissələrin idarəedilməsi xidmətində 3 ay müddətində könüllülük fəaliyyəti göstərəcək.
Könüllülər Komitənin müxtəlif strukturlarının rəhbərlərinə təqdim edilib, onlara tövsiyə və tapşırıqlar verilib, fəaliyyətləri zamanı nizam intizam, insan hüquqlarına hörmət, qanunun aliliyi prinsiplərinə və etik davranış qaydalarına riayət etməyin vacibliyi vurğulanıb.
Hər bir "Könüllü gömrükçü" dəstəsinin üzvü ilə Azərbaycan Respublikası "Könüllü fəaliyyət haqqında" Qanununun tələbinə müvafiq olaraq müqavilə bağlanılıb, eyni zamanda hər bir könüllü xüsusi geyim dəsti ilə təmin olunub.
