Məzmuna keç

Ermənistanda nazir istefa verdi

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyan öz istəyi ilə vəzifəsindən istefa verib.

E-huquq.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, məlumatı onun mətbuat katibi Qeqam Melikbekyan təsdiqləyib.

Vaqram Dumanyan nazir postuna 2021-ci il avqustun 3-də təyin olunmuşdu.