"Bu il 114 kənd və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulmuşdu. Artıq plan üzrə 92 faiz qazlaşdırma işləri tamamlanıb. İşlərin qalan hissəsi isə növbəti ilin yanvar ayının ortalarınadək tamamlanacaq".
E-huquq.az xəbər ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyasında deyib.
O bildirib ki, hazırda ölkə ərazisində qazlaşdırma səviyyəsi 96,3 faiz təşkil edir.
T.Cəfərov onu da qeyd edib ki, bu il cənub zonasında yaşayış məntəqələrinin qazlaşdırılmasına üstünlük verilib: "Növbəti ildə də qazlaşma işləri davam etdiriləcək və qazlaşdırılmış ərazilərdə yeni salınmış maassivlərin qazlaşdırılmasına önəm veriləcək".
