"Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə daimi dəstəyini, eləcə də Rusiya ilə müharibə şəraitində Ukrayna xalqına göstərdiyi yardımı yüksək qiymətləndirirəm".
E-huquq.az xəbər verir ki, bu fikirlər Ukrayna Prezidenti Volodimir Zelenskinin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
"Əminəm ki, ikitərəfli münasibətlərin mövcud potensialını birgə səylərlə maksimum surətdə reallaşdıra və Ukrayna-Azərbaycan əməkdaşlığını Qara dəniz-Xəzər regionunda təhlükəsizlik və sabitlik naminə daha da möhkəmləndirə bilərik", – məktubda vurğulanıb.
