Məzmuna keç

Sədr: “Peşə bayramımız ərəfəsində “Vəkil parkı”nın salınması əlamətdar hadisədir”

"Ölkəmizdə mütəmadi olaraq ağacəkmə aksiyalarının keçirilməsi, yeni yaşıllıq ərazilərin salınması çox sevindiricidir. Bu ekoloji mühitin yaxşılaşdırılmasında, ekoloji tarazılığın bərpasında mühüm rol oynayır".

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Vəkil günü" münasibətilə keçirilən ağacəkmə aksiyasından danışarkən deyib.

O bildirib ki, vəkillər ekologiyanın qorunmasına töhfə verməyə çalışırlar və bundan sonra da belə aksiyalarda fəal iştirak edəcəklər.

"İlk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Muxtar Babayevə aksiyanın təşkilində göstərdiyi dəstəyə və iştirakına görə təşəkkür edirəm. Bizim təşəbbüsümüz bütün vəkillər tərəfindən maraqla qarşılandı. Bu gün 300-dən çox vəkil bu aksiyada iştirak edir. Burada mindən çox ağac əkməklə "Vəkil parkı" salındı. Ümid edirəm ki, gələcəkdə bu parkda dünyasını dəyişən hər bir vəkilin adını daşıyan ağac olacaq. Peşə bayramımız ərəfəsində bu parkın salınması əlamətdar hadisədir. Bu gün həm də cənab Prezident İlham Əliyevin doğum günüdür. Aksiyamızın cənab Prezidentin doğum gününə təsadüf etməsi bu günü bizim üçün ikiqat əlamətdar edir", – deyə A.Bağırov qeyd edib.