"Vəkillərin ekoloji məsələlərə həssas yanaşması sevindiricidir".
Bunu e-huquq.az-a açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Vəkil günü" münasibətilə keçirilən ağacəkmə aksiyasından danışarkən deyib.
"Şadıq ki, böyük vəkil ailəsi ətraf mühitin qorunması üçün belə bir aksiyada fəal iştirak edir", – deyə qeyd edib.
