Azərbaycanda "Vəkillər və vəkillik haqqında" qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.
E-huquq.az-ın məlumatına görə, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda təkliflərlə bağlı aidiyyəti qurumlarla danışıqlar aparılır.
"İstəyirik ki, qanun bu günün tələblərinə cavab versin və daha təkmil olsun", – deyə sədr qeyd edib.
Xəyalə Bünyatova
