Məzmuna keç

Moskvada Türkiyə, Rusiya və Suriya müdafiə nazirlərinin görüşü oldu –

Moskvada Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub arasında üçtərəfli görüş olub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, müdafiə nazirləri regionda sabitlik üçün üçtərəfli dialoqun davam etdirilməsinin zəruriliyini müzakirə ediblər.

Məlumata görə, nazirlər Suriya böhranını və bu ölkədə ekstremist qüvvələrlə mübarizə tədbirlərini müzakirə ediblər.

Qeyd edək ki, Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan Rusiyanın paytaxtı Moskvada səfərdədir.

***

19.05

Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan Rusiyanın paytaxtı Moskvada səfərdədir.

E-huquq.az xəbər verir ki, onlar bir sıra rəsmi şəxslərlə görüşəcəklər.

Məlumata görə, görüşlərdə Suriya məsələsi geniş müzakirə olunacaq. Bundan başqa, Ukrayna ilə Rusiya arasındakı müharibə və digər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsinin aparılacağı gözlənilir.