Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyası məlumat yayıb.
Söhbət zamanı Türkiyənin Ukraynaya humanitar yardımı və enerji dəstəyi, taxıl dəhlizindəki vəziyyət müzakirə edilib.
Ərdoğan Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün vasitəçilik missiyasını öz üzərinə götürməyə hazır olduqlarını bildirib.
Əsir mübadiləsi ilə bağlı işlərinin davam etdiyini bildirən Türkiyə lideri Zaporojye Atom Elektrik Stansiyasında prosesi sürətləndirmək üçün diplomatik töhfə verə biləcəklərini ifadə edib.
