Məzmuna keç

Vaxtanq Kikabidze vəfat etdi

Gürcüstanın Xalq artisti, tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze 85 yaşında vəfat edib.

E-huquq.az bu barədə “Euronews”a istinadən xəbər verir.

Qeyd edək ki, Vaxtanq Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. O, bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın “Mimino” filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.

Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.