Məzmuna keç

Ukraynada nazir və birinci müavini helikopter qəzasında həlak oldular –

Ukraynanın daxili işlər naziri Denis Monastırski Kiyev vilayətinin Brovarı şəhərində baş verən helikopter qəzasında həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Hadisə nəticəsində, həmçinin, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də həlak olublar.

Helikopter qəzasında ümumilikdə 2-si uşaq olmaqla, 16 nəfərin öldüyü bildirilib.

Məlumata görə, qəzada yaralanan 22 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 10-u uşaqdır.

Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım maşınları və polis cəlb olunub.