Məzmuna keç

Zelenski: “Ən ağır döyüşlər Donbasda gedir”

"Hazırda ən ağır döyüşlər Donbasda gedir".

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

O, tərəfdaş ölkələrin verdiyi hərbi dəstəyin əhəmiyyətini vurğulayaraq Kanadanın Ukrayna üçün silah yardımı paketi hazırladığını bildirib.

“Mən bilirəm ki, yaxın gələcəkdə müdafiəmizi dəstəkləmək üçün yeni və həqiqətən lazım olan addımlar atılacaq”, – deyə Zelenski bildirib.

Xəyalə Bünyatova