Məzmuna keç

Zelenskinin “Putinin sağ olduğuna əmin deyiləm” fikrinə Kremldən reaksiya

"Ukrayna şərtlərimizlə nə qədər tez razılaşsa, müharibə o qədər tez bitəcək".

E-huquq.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinin sağ olmasına şübhə etdiyinə dair fikirlərinə reaksiya verib.

“Aydındır ki, Zelenski sırf psixoloji baxımdan Rusiya və Putinin mövcud olmamasını istəyərdi”, deyən Peskov Kiyev administrasiyasının Rusiya və Putinin mövcudluğunu qəbul etməli olduğunu deyib.

“Ukrayna rejimi Rusiya və Putinin varlığını, Rusiya əleyhinə olan hər şeydən gec-tez əl çəkməli olduğunu nə qədər tez dərk etsə, Ukrayna üçün bir o qədər yaxşıdır”, – deyə Kremlin sözçüsü qeyd edib.

Xəyalə Bünyatova