Pakistanın Hayber Paxtunxva əyalətində 5,6 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistan Meteorologiya İdarəsinin verdiyi açıqlamaya görə, zəlzələnin episentri Çitral şəhərindən 37 kilometr qərbdə qeydə alınıb.
Yerin 190 kilometr dərinliyində baş verən zəlzələ Əfqanıstanda da hiss olunub.
Zəlzələ nəticəsində itki və tələfat barədə hələlik məlumat yoxdur.
Xəyalə Bünyatova
