Məzmuna keç

Cənubi Koreyada qapalı məkanlarda maska taxmaq tələbi aradan qaldırılır

Cənubi Koreyada qapalı məkanlarda maska taxmaq tələbi aradan qaldırılır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın baş naziri Han Dok Su bildirib.

O, COVID-19-la mübarizə nəticəsində virusa gündəlik yoluxma və ölüm sayının azaldığını və yanvarın 30-dan etibarən karantin rejimi qaydalarının yumşaldılacağını deyib.

Qeyd edək ki, Cənubi Koreyada bugünədək 29 milyondan çox yoluxma qeydə alınıb, 33 mindən çox insan isə koronavirusdan vəfat edib.

Eltac Nurullazadə